YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Naxçıvan ərazi etibari ilə qədim türk-Azərbaycan torpağıdır və burada ermənilərin heç bir izi yoxdur

“Lazarev klubu” radikal erməni klubudur. Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik  İsa Həbibbəyli deyib.

İ. Həbibbəyli bildirib ki, klub millətçilik və düşmənçilik ideyaları yaymaqla məşğuldur: “Zatulin, Kazimirov kimi adamların fikirləri isə regionda, ölkələr arasında gərginlik yaratmağa xidmət edir. Bu, Rusiya dövlətinin də maraqlarına uyğun deyil. Azərbaycanla Rusiya münasibətləri möhkəm təməllər üzərində inkişaf edir. Biz də bu əlaqələrin inkişafına maraqlıyıq”.

Naxçıvana qarşı iddialara gəlincə, millət vəkili bildirib ki, 13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsi beynəlxalq müqavilədir və bu müqavilədə beş dövlətin imzası var. “Beynəlxalq müqavilənin şərtlərindən biri də budur ki, tərəflərdən yalnız birinin narazılığı olarsa bu müqavilə ləğv oluna bilməz. Ona görə də, “Lazarev klubu”nda səslənən iddiaların heç bir əsası yoxdur. Qars müqaviləsi bu gün də regionda sülhün, sabitliyin təmin olunmasına öz töhfəsini verir. Naxçıvan ərazi etibari ilə qədim türk-Azərbaycan torpağıdır, qədim oğuz yurdudur. Burada ermənilərin heç bir izi yoxdur. Ermənilərin bəyanatları əsassızdır, təzavüzkar xarakter daşıyır və nə elmə, nə də siyasətə söykənir”-deyə, komitə sədri vurğulayıb.