YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Zatulinin “Lazarev klubu”nda çıxışı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir

“Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir. Son zamanlar Rusiya elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertlər Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər. Zatulinin “Lazarev klubu”nda çıxışı isə Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir”.  Bu fikirləri  Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri   Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Ə.Hüseynli bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək mümkün deyil. Onun sözlərinə görə, Zatulinin bu addımı Ermənistanla Rusiya arasında soyuq münasibətlərə neqativ ruh verməkdən başqa bir şey deyil.

“Lazerev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən komitə sədri söyləyib ki, İrəvanada keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil: “Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirib və bu addıma qarşı öz narazılığını ifadə edib. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur. O sıravi deputat olsaysı, bizi narahat etməzdi. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlamentlərarası münasibətlər yüksələn xətlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.