Xəbərlər
Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə danışıqları başlayıb

Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə danışıqları başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində yazıb. /Trend/
Danışıqlarda həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.