YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və ABŞ Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib

Dekabrın 5-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Azərbaycan-ABŞ hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik, hərbi təhsil, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasına verdiyi töhfə və digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

L.Kuper Əfqanıstanda keçirilən “Qətiyyətli Dəstək” missiyasında sülhməramlılarımızın nümunəvi xidmətini xüsusi qeyd edib.

Söhbət zamanı regiondakı vəziyyət haqqında qonaqlara ətraflı məlumat verilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasının vacibliyi vurğulanıb.