YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda İƏT-in Daimi Komitəsinin 34-cü sessiyasının nazirlər toplantısı keçirilir

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı işə başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda keçirilən sessiyada Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlər toplantısının rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı olub.

Sessiyanın bu hissəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Othaimeenin, İslam İnkişaf Bankı Qrupunun prezidenti Bandar Hajjarın, Türkiyənin Palatalar və Borsalar Birliyinin (TOBB) sədri və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası başçısının müavini Rifat Hisarcıklıoğlunun, eləcə də üzv ölkələrin region təmsilçilərinin çıxışları nəzərdə tutulub.

Sessiya çərçivəsində “Regional inteqrasiya üçün ticarətin asanlaşdırılması potensialından istifadə”, “Gömrük sisteminin modernləşdirilməsi sahəsindəki çətinliklər və mümkün həllər”, “Ticarətin asanlaşdırılmasında özəl sektorun rolu” və digər mövzularda panel iclaslar keçiriləcək.