YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 48-ci iclası keçiriləcək

Noyabrın 27-28-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 48-ci iclası keçiriləcək.

İclasın ilk günü quruma üzv olan ölkələrin ekspertlər səviyyəsində müzakirələri olacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Noyabrın 28-də isə GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

İclasın sonunda protokol imzalanacaq.