YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Ölkəmiz regionun nəqliyyat-logistika mərkəzinə çevrilib

“Məlumdur ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə gerçəkləşdirilə bilməz. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təşəbbüsü  ilə regionda strateji əhəmiyyətli layihələr reallaşdırılır, yeni əməkdaşlıq platformaları yaradılır”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, belə nəhəng layihələrdən biri respublikamızın təşəbbüsü ilə Xəzər hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizidir. Onun sözlərinə görə, investisiya dəyəri 40 milyard dollardan çox olan bu layihə 7 ölkəni birləşdirir.

“Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. “Şahdəniz” qaz yatağı üzrə kontrakt 1996-cı il iyulun əvvəlində imzalanıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Bu layihə  ilə Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Bunlarla yanaşı, Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verir. Ölkəmizin əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Bütün bunlar onu göstərir ki, Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilib”-deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv