YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda tarixi İpək Yolunun inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Oktyabrın 16-da Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti: tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzzusunda Beynəlxalq konfrans işə başlayıb.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda region, Avropa və Asiya ölkələri, beynəlxalq təşkilatlar və maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin beynəlxalq və regional əhəmiyyəti, perspektivləri, Azərbaycanın nəqliyyat imkanları və tranzit potensialı barədə dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, Avropa ilə Asiya arasında səmərəli nəqliyyat qovşağı kimi ölkəmizin beynəlxalq nüfuzunun və etibarının daha da möhkəmləndirilməsi beynəlxalq konfransın əsas məqsədlərindəndir.

Konfrans yeni dəmir yolu xəttinə yük və sərnişin axınlarının cəlb edilməsi, nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası sazişi 2007-ci il fevralın 7-də imzalayıblar.

Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə, ümumilikdə, 775 milyon dollar məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.

Bu ilin sonunadək BTQ dəmir yolu ilə Türkiyə sərhədinədək ilk işçi qatarın yola salınması nəzərdə tutulur. Ümumiyyətlə, bu nəqliyyat dəhlizinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır.