YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur

“Azərbaycan  bir çox beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalarda ölkəmiz üçün vacib məsələlər, xüsusilə gender məsələsi də yer alır. Əvvəllər Azərbaycanda qadın sahibkarlar 4 faiz təşkil edirdisə, indi bu rəqəm 30 faizə çatıb”. Bu fikirləri Ailə, Qadın və Uğaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, son 15 ildə Azərbaycanda 4060-dan çox qadın sahibkara 72,5 milyon manat kredit verilib. Bu, o deməkdir ki, Azərbaycanda bu istiqamətdə böyük dəyişikliklər gedir.

“Ölkədə fəaliyyət göstərən fərdi sahibkarların 21,5 faizi qadınlardır. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47 faizini, işçi qüvvəsinin 49 faizini, məşğul əhalinin 48 faizini, elmi işçilərin isə 53 faizini qadınlar təşkil edir”-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.