YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər

“ATƏT-in Minsk qrupu həmsədrləri fəaliyyətə başladıqları zamandan münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, Minsk qrupu münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə çalışmalıdır.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı digər beynəlxalq təşkilatlar da sənədlər qəbul ediblər və bunu həmsədrlər yaxşı bilirlər. Bu sənədlər  və beynəlxalq hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın mənafeyi çərçivəsində həll olunsun. ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar xeyli dərəcədə öz fikirlərini konkret olaraq ifadə edirlər. Fransa isə əksinə qondarma rejimə qarşı açıq-aydın meyilləri var. Bu yaxınlarda Fransanın şəhər merləri işğal altında olan Şuşaya qanunsuz səfər etdilər. Ardınca Fransa hökuməti açıqlama verdi ki, biz “Dağlıq Qarabağ respublikası”nı tanımırıq. Amma bundan sonra isə separatçı rejimin rəhbəri Bako Saakyan Fransaya səfər edir. Bütün bunlar Fransanın  ATƏT-in Minsk qrupundakı obyektiv fəaliyyətinə ciddi şübhə yaradır”-deyə, deputat qeyd edib.