Xəbərlər
Azərbaycan Minsk qrupundan Kəlbəcərdə saxlanılmış azərbaycanlıların qaytarılması məsələsinin həllini tələb edib

Azərbaycan ATƏT-in Minsk qrupundan ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda saxlanılmış iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi tələb edib. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə deyib.
Nazir qeyd edib ki, bu cür tələbi Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: "Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir".
Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər.