YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Beyləqan rayonunun Kəbirli–Eyvazalılar–Birinci Aşıqlı–Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev oktyabrın 31-də “Beyləqan rayonunun Kəbirli–Eyvazalılar–Birinci Aşıqlı–Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

İyirmi iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Kəbirli–Eyvazalılar–Birinci Aşıqlı–Əlinəzərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,04 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.