YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Le Honq Anh: Bu gün Azərbaycan beynəlxalq miqyasda özünəməxsus yer tutur

Bu gün Azərbaycan beynəlxalq miqyasda özünəməxsus yer tutur. Ölkənizin son illərdə əldə etdiyi nailiyyətlər bizi çox sevindirir. Səfər zamanı Azərbaycandakı inkişaf proseslərinin əyani şahidi olduq.

Bu sözləri Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh oktyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə deyib.

Le Honq Anh Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin olduğunu, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini qeyd edib.

Milli Məclisin sədri Oqtay Əsədov Le Honq Anhın Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərini xatırladan sədr bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açdığını vurğulayıb. Azərbaycan ilə Vyetnam arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini deyən Oqtay Əsədov qeyd edib ki, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün hüquqi baza da yaradılır. Artıq iki ölkə arasında 6 sənəd imzalanıb, bir neçə sənəd isə imzalanmaq üçün hazırlanma mərhələsindədir.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən humanitar, investisiya qoyuluşu, təhsil, ticarət, qanunvericilik və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv