YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sentyabrda Ceyhan limanından dünya bazarlarına 2,5 milyon tondan çox Azərbaycan nefti çıxarılıb

Sentyabrda Ceyhan limanından dünya bazarlarına 2 milyon 543 min 390 ton Azərbaycan nefti yola salınıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən  verilən məlumata görə, bu həcmin 1 milyon 813 min 20 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə Ceyhan limanından 22 milyon 125 min 785 ton neft ixrac olunub.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri istismara verilən gündən bu il oktyabrın 1-dək Ceyhan limanından dünya bazarlarına 255 milyon 269 min 699 ton Azərbaycan nefti yola salınıb.