YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Roman Nəsirov: Ukraynada yaşayan azərbaycanlılar qarşıdan gələn parlament seçkilərində fəallıq göstərəcəklər

Əminəm ki, Ukraynada yaşayan azərbaycanlılar qarşıdan gələn parlament seçkilərində fəallıq göstərəcəklər və məqsədlərimizə birlikdə çatacağıq.

Bu fikri Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov deyib.

Onun sözlərinə görə, digər yerli icmalar kimi azərbaycanlılar da Ukraynanın ictimai-siyasi proseslərində fəal iştirak edirlər.

R.Nəsirov bildirib ki, Azərbaycanın Ukraynadakı diasporunun nümayəndələri vətəndaş təşəbbüslərində fəal iştirak edir, Ukrayna ordusuna köməyini əsirgəmir, idmana dəstək verirlər.

“Biz hamımız istəyirik ki, Ukrayna dövlət siyasətində bütün vətəndaşların maraqlarını müdafiə edən tolerant və inkişaf etmiş ölkə olsun. Bunun üçün isə ilk növbədə iqtisadi islahatlar aparılmalıdır. Bundan sonra bütün vətəndaşların haqqını və marağını qoruyan cəmiyyət formalaşdırılmalıdır”, - deyə R.Nəsirov qeyd edib.