YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin başçısı Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezidentin təqaüdünün artırılması haqqında Sərəncam imzalamışdır

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Sərəncam imzalamışdır.

Sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli Sərəncamının 1-ci hissəsində təsbit edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği mayın 1-dən artırılaraq 100 manat müəyyən edilmişdir.

 

DİGƏR Xəbərlər Arxiv