YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti-100”adlı tədbir keçirilmişdir

YAP Bərdə rayon təşkilatı tərəfindən şəhər 7 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanmışdır. 

Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Tədbirdə YAP Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında danışmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edərək bildirmişdir ki, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparmışlar. 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti xalqımızın əbədi var olacaq  şərəfli dövlətçilik tarixidir.Xalqımızın ümummilli lideri Heydər Əliyev  müstəqil Azərbaycan dövlətini möhkəmləndirərək Azərbaycan Xalq Cümhuriyyətinin ali dəyərlərini qorumuş, suveren dövlətimizi, müasir müstəqil Azərbaycanı Xalq Cümhuriyyətinin davamı və varisi saymışdır.  Və bütün bunlar tariximizə olan ehtiramın ən gözəl ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə bütün dünyaya ölkəmizin böyük müstəqillik tarixinə malik olması  mesajını verdi. Eyni zamanda bununla Azərbaycan xalqının demokratik dövlətçilik ənənəsinin olmasını, bu ənənənin yaşadılmasını, tarixi şəxsiyyətlərə hörmət edilməsini bariz şəkildə göstərdi.Xalq Cümhuriyyətinin 100 iliyi ilə bağlı atılan bu addımın Cümhuriyyətimizin qurulma tarixini əbədiləşdirərək dünya tarixinə həkk olunmasında yeri və rolu böyükdür.Bugün müstəqil müasir Azərbaycan dünyada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əsl söz sahibidir, regionda lider dövlətdir. Müstəqil Azərbaycan dövlətinin rəyi, fikri bilinmədən bu regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. Azərbaycan heç bir vaxt bugünkü qədər güclü və qüdrətli olmamışdır.

Tədbirdə şəhər 7 saylı tam orta məktəbin müəllimi Gülnarə Əzimova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında danışmışdı. Bildirmişdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının ictimai, siyasi, mədəni düşüncəsinin məhsuludur. Bu hadisənin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirilmişdir.

Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Mediya Mərkəzi tərəfindən Arzu Əliyevanın baş prodüserliyi ilə çəkilmiş "Əbədi Ezamiyyət" filmi nümayiş etdirilmişdir.