YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Üçüncü milli peykimizin orbitə buraxılması ölkəmizin növbəti böyük uğurudur

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu xarici və daxili siyasət ölkənin iqtisadi potensialının hərtərəfli inkişafının təməlini qoyub. Nəticədə bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasında özünəməxsus yer tutur. Azərbaycanın kosmos ölkələri sırasına qoşulması da bu inkişafın əyani nümunəsidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki,   son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan hökuməti isə iqtisadiyyatın diversifikasiyası üçün qeyri-neft sektorunun inkişafında yeni və iddialı sahə olan müasir kosmik sənayenin inkişafını qarşıya məqsəd qoyub. Yəni, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsidir.

“Azərbaycanda kosmik sənayenin yaradılması və ölkəmizin fəzaya artıq özünün üçüncü  milli peykini çıxartması iqtisadi baxımdan səmərəliliyin artmasına xidmət etməklə yanaşı, yeni iş yerlərinin açılması, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün stimul və s. deməkdir. Eləcə də, telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olmaqla regionda bu sahədə mövqeyini daha da möhkəmləndirir. Bu gün orbitə buraxılan “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək”-deyə millət vəkili vurğulayıb.

Sentyabrın 26-da “Azerspace-2” peykinin Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqını təbrik etməsini xüsusi vurğulayan S.Fətəliyeva deyib ki, dövlət başçısı təbrikində kosmos sənayesinin inkişafının əhəmiyyətini qeyd edib. Onun szölərinə görə, cənab Prezidentin söylədiyi kimi bu peyklər ilk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından çox önəmlidir.

“Çox təqdirəlayiq haldır ki, “Azərspace 2” peykimizin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edilir. Bunun çox böyük rəmzi mənası var. Bütövlükdə isə, üçüncü milli peykimizin orbitə buraxılması ölkəmizin növbəti böyük uğuru və dinamik inkişafının göstəricisidir”-deyə, S.Fətəliyeva vurğulayıb.