YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə indiyədək 150 başadək ceyran öz tarixi areallarına köçürülüb

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində indiyədək 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.

Bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb.

Nazir bildirib ki, Qızılağac Dənizkənarı Milli Parkının və “Zaqatala-Balakən Biosfer Rezervatının” formalaşdırılması istiqamətində iş gedir və bu prosesin yekunlaşması ilə xüsusi mühafizə olunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcəkdir ki, bu da dünyada qəbul olunmuş orta səviyyədən (11-12 %) artıqdır.

Bu gün əsas diqqətin xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldildiyini vurğulayan nazir qeyd edib ki, qısa müddətdə Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulub, Şirvan və Hirkan Milli Parklarında ekoturizm şəhərcikləri yaradılıb. Göygöl və bir sıra digər milli parklarda ekoturizm mərkəzlərinin yaradılması işləri isə yekun mərhələyə çatıb. Bundan əlavə, alim və mütəxəssislərin iştirakı ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növləri haqqında toplanmış məlumatlar əsasında Azərbaycanın Qırmızı Kitabının 2 cilddən ibarət 2-ci nəşri çap olunubdur.

 

DİGƏR Xəbərlər Arxiv