YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycan parlamentinin 100 illiyinin təntələni şəkildə qeyd olunması, ölkə Prezidentinin bu mərasimdə iştirakı mühüm hadisədir

“Azərbaycan parlamentinin 100 illiyinin təntələni şəkildə qeyd olunması, ölkə Prezidentinin bu mərasimdə iştirakı mühüm hadisədir”. Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

 İ.Məmmədov bildirib ki, paramentimiz zəngın tarixə sahibdir. Onun sözlərinə görə, bu tarix çox böyük əhəmiyyət kəsb edir.

“1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycanın yaranmasına və güclənməsinə də öz töhfələrini verib. Azərbaycan  müstəqillik illərində çox böyük nailiyyətlər qazanıb. Bu gün müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin inkişafına vacib töhfələr verir. Milli Məclis bütün sahələr üzrə qanunlar qəbul edib ki, bu amil inkişaf prosesində çox mühümdür”-deyə, deputat qeyd edib.