YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ölkəmizdə xarici sərmayələr üçün əlverişli biznes mühiti yaradılıb

«Ölkəmizdə islahatlar uğurla davam edir. Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir». Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, yeni salınan sənaye parkları və məhəllələrində aqroparklar və texnoparklarda nəinki yerli biznes, eləcə də xarici sərmayələr üçün əlverişli biznes mühiti yaradılıb. Bundan həm də xarici investorlar yararlanıblar.

«Eləcə də, qanunvericilik beynəlxalq tələblərə uyğunlaşdırılıb, ölkədə biznes fəaliyyəti asanlaşdırılıb, miqrasiya ilə bağlı köklü islahatlar aparılıb. Bu da dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Hazırda Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir»-deyə, deputat qeyd edib.