YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın inkişafına xidmət edən sosial-iqtisadi islahatlar beynəlxalq miqyasda təqdir edilir

«Beynəlxalq hesabatlarda ölkəmizlə bağlı əks olunan məqamlar Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin səmərəliliyini göstərir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, “Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqinə əsasən, ölkəmiz ilk beşlikdə yer alır. Bu, olduqca müsbət göstəricidir və Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaşların mənafelərinin təmin olunması məqsədinin dayandığını göstərir. Digər tərəfdən, “Standard & Poor’s” reytinq agentliyinin hesabatında isə Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub.

«Ümumiyyətlə, reytinq agentliklərinin ölkəmizin inkişafı ilə bağlı müsbət proqnozları Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir»-deyən, millət vəkili əlavə edib ki, Azərbaycanın inkişafına xidmət edən sosial-iqtisadi islahatlar mütəmadi olaraq həyata keçirilir və sistemli, ardıcıl xarakter daşıyır: “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən açıqlanan hesabatda Azərbaycanda mövcud olan sosial və siyasi sabitliyin davam edəcəyi ifadə olunub. Bu, öz növbəsində, Azərbaycanda makroiqtisadi sabitlikdən xəbər verir və səmərəli iqtisadi siyasətin göstəricisidir”.

DİGƏR Xəbərlər Arxiv