YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aureliya Qriqoriu: Dünya ictimaiyyətinin beynəlxalq terrorizmə qarşı mübarizəsi Qarabağın işğaldan azad edilməsindən başlamalıdır

Dördüncü Bakı Humanitar Forumu da Azərbaycanda təşkil edilən digər beynəlxalq tədbirlər kimi çox yüksək səviyyədə keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimindəki nitqində çox aktual məsələlərə toxundu.

Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu deyib.

Qonaq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox dəqiq və lakonik şəkildə beynəlxalq terrorizmə qarşı mübarizədə ölkənin və beynəlxalq ictimaiyyətin qarşısında duran vəzifələri diqqətə çatdırıb. Prezidentin fikirləri Forumun rəsmi açılışında çıxış edənlər tərəfindən də dəstəkləndi. Onlar da Azərbaycanın ermənilər tərəfindən zəbt edilmiş ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik rayonların azad edilməsini xüsusi qeyd etdilər. Hesab edirəm ki, dünya ictimaiyyətinin beynəlxalq terrorizmə qarşı mübarizəsi Qarabağın işğaldan azad edilməsindən başlamalıdır.