YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş olduğunu təsdiq edib

“Müstəqilliyinin bərpasından ötən 27 ilə yaxın bir dövr ərzində beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrilən Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib. İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub, müxtəlif sahələri əhatə edən münasibətlər daha da dərinləşdirilib. Bu mənada Fransanı xüsusi olaraq vurğulamaq lazımdır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya səfərini Azərbaycan-Fransa, ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsində mühüm amil kimi vurğulamaq lazımdır.” Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, sözügedən səfər siyasi, iqtisadi, eləcə də digər sahələrdə mühüm razılaşmaların, müzakirələrin əhəmiyyəti ilə yadda qaldı: “Bu gün Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. Avropa İttifaqı ölkələri, o cümlədən Fransa Azərbaycanla geniş iqtisadi əlaqələrə malikdir. Ölkələrimiz arasında uzun illərə söykənən dayanıqlı ticari münasibətlər mövcuddur. Cənab Prezidentimizin Fransaya səfəri zamanıyalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərlərilə görüş nəticəsində  2,3 milyard dollarlıq anlaşmalar imzalanıb. Hesab edirəm ki,bu mühüm razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişaf etməsinə müsbət təsir edəcək,ölkələrimiz arasındakı əməkdaşlığı möhkəmləndirəcək.”

“İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə vurğulayıb ki,Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş olduğunu təsdiq edib: “Fransa Avropa İttifaqının söz sahibi olan ölkələrindən biridir. Möhtərəm Prezidentimizin səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşlər Fransanın Azərbaycana olan hörmətinin, etibarının, xoş münasibətinin göstəricisidir. Səfər zamanı dövlətimizin başçısının fransalı həmkarı ilə görüşü də xüsusi olaraq vurğulanmalıdır.  ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa rəhbərliyinin ölkəmizə və cənab Prezidentimizə olan səmimi, yüksək səviyyəli münasibəti Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, ədalətli həllində mühüm amil kimi qiymətləndirilə bilər.”

Vüqar Rəhimzadə əlavə etdi ki, artıq işğalçı Ermənistan Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsindən təlaşa düşərək öz narahatlığını açıq şəkildə büruzə verir: “Bu gün erməni KİV-i Fransanı Azərbaycanla yaxınlaşmaqda günahlandırır, öz qorxularını gizlədə bilmirlər. İşğalçı ölkənin mediası Fransanın Ermənistana xəyanətetdiyini yazır, bu ölkənin Dağlıq Qarabağmünaqişəsində bizim xeyirimizə mövqe tuta bilməsi ilə bağlı antitəbliğat aparırlar. Ancaq bütün bunların heç bir əhəmiyyəti yoxdur. Çünki artıq bütün dünya Azərbaycanın haqlı mövqeyini görür və dəstəkləyir.”