YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və rifah arzulayıram”.