YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: İnanırıq ki, görülən işlər nəticəsində gələcəkdə belə problemlər yaşanmayacaq

"Elektrik enerjisi sistemində problemlər, qəzalar dünyanın bir çox dövlətlərində, o cümlədən inkişaf etmiş ölkələrdə baş verib. Yəni heç bir ölkə bu cür qəzalardan sığortalanmayıb. Təbii ki, Azərbaycan da belə hadisələrdən sığortalanmayıb və Mingəçevirdəki İES-də baş vermiş qəza bu cür neqativ hallar sırasında yer alır. Şübhəsiz ki, ölkə başçısının qərarı ilə yaradılmış Dövlət Komissiyanın təhqiqatlarından sonra ortaya çıxmış araşdırma materialları əsasında müvafiq tədbirlər görüləcək". Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, Prezident İlham Əliyev baş vermiş qəza ilə bağlı keçirilən müşavirədə problemin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün ciddi tapşırıqlar verdi. Onun sözlərinə görə, müvafiq qurumlar dövlət başçısının iradlarından nəticə çıxaracaq və işlərinə məsuliyyətlə yanaşacaqlar. "Bundan sonra isə hazırlanacaq tədbirlər planı ölkəmizi gələcəkdə bu cür qəzalardan və müxtəlif fəsadlara səbəb olan belə hallardan qoruyacaq. Tədbirlər planında bəhs olunan müşavirədə səsləndirilən təkliflərin salınması da xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, görüləcək tədbirlər sırasında strateji obyektlərdə generatorların quraşdırılması məsələsi də xüsusi əhəmiyyətə malikdir. Çünki bu, belə hallarda - ekstremal şəraitdə enerji təminatı üçün zəruridir. İlk növbədə, səhiyyə müəssisələrində, metroda bu zəruri tələb yerinə yetirilməlidir. Mühüm məqamlardan biri budur ki, belə bir çətin şəraitdə Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirdi və mürəkkəb situasiyadan şərəflə çıxmağı bacardı. Bu, Azərbaycan cəmiyyətinə xas olan səciyyəvi xüsusiyyətdir. Ekstremal şəraitdə vətəndaşların bir-birinə köməklik göstərməsi cəmiyyətdəki birliyin aşkar təcəssümü idi. Bu, həm də Azərbaycan cəmiyyətinin olduqca yetkin toplum olduğunu təzahür etdirmiş oldu. Prezident İlham Əliyev də insanların bu davranışı yüksək qiymətləndirərək Azərbaycanda sözün həqiqi mənasında vətəndaş həmrəyliyinin mövcud olduğunu vurğulayıb. Bütövlükdə, inanırıq ki, görülən işlər nəticəsində gələcəkdə belə problemlər yaşanmayacaq"-deyə, M.Quliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv