YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır

«Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Ulu öndərin siyasi kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir». Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan uğurla inkişaf edir, dünyada nüfuzu artır. Onun sözlərinə görə, Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.

«Artıq dünyada layiqli yerini tutan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzidir. Ölkəmiz davamlı inkişaf edir, siyasi sabitliyi, dayanıqlı iqtisadi inkişafı ilə seçilir»-deyə, nazir müavini vurğulayıb.