YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: QHT-lər və qrantlar haqqında qanunlara dəyişikliklər qəbul edildikdən sonra bu sahədə şəffaflıq tam təmin olunacaq

«Milli Məclis indiyə qədər «Qeyri-hökumət təşkilatları haqqında» və  «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara bir sıra dəyişikliklər edib. Dəyişikliklər edərkən, bu sahədə beynəlxalq təcrübəni öyrənmişik, xüsusilə xarici hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı təcrübəni». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bu təcrübə ABŞ təcrübəsinə uyğundur. Onun sözlərinə görə, necə ki, həmin dövlətdə QHT-lər qeydiyyata alınır, xarici hüquqi şəxslərin və milli QHT-lərin hansı azadlıqları var, həmin azadlıqlar Azərbaycanda da mövcuddur.

«Bununla yanaşı, QHT-lərin maliyyələşdirilməsi məsələsində şəffaflıqla əlaqədar  biz yeni addımlar atmalıyıq. Çünki Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir, biz korrupsiyaya qarşı mübarizənin, şəffaflığın artırılması ilə bağlı nümunələr göstərməliyik. Məlumat üçün deyim ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qeyri-hökumət təşkilatları və qrant haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və bu məsələni bir müddət sonra müzakirəyə çıxaracaq. Əminəm ki, həmkarlamız bu təşəbbüsümüzü dəstəkləyəcəklər. Təklif etdiyimiz dəyişikliklər qanunvericiliyə daxil olandan sonra  isə qrantların verilməsi, eləcə də QHT-lərin fəaliyyəti ilə bağlı tam şəffaflıq təmin olunacaq»- deyə, komitə sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv