YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədr müavini Bahar Muradova: Azərbaycan tərəfi ATƏT PA-nın bütün toplantılarında Qarabağ məsələsini gündəmə gətirir

«ATƏT-in Parlament Assambleyası oktyabrın 3-dən 5-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Sessiya çərçivəsində Assambleyanın konfransı, Aralıq dənizi Forumu və daimi komitənin iclasları olacaq. “Yeni təhlükəsizlik çağırışları: parlamentlərin rolu”” devizi altında keçiriləcək konfrans çərçivəsində ATƏT-in təhlükəsizliyin ölçülərini əhatə edən hər üç komitəsinin – Siyasi, İnsan haqları və İqtisadiyyat komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulur». Bu fikrirləri yap.org.az saytına Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin  rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ATƏT PA-nın son zamanlar tədbirləri «Helsinki+40» devizi altında keçirilir. Bu da Helsinki Yekun Aktının qəbul olunmasının 40 illiyi ilə bağlıdır. Ümumilikdə, dunyada təhlükəsizlik məsələsinin əsas vəzifə olduğunu deyən B.Muradovanın sözlərinə görə, qurumun payız sessiyasının gündəliyində dayanan məsələlər Azərbaycan üçün çox ciddi əhəmiyyət kəsb edir.

«Çünki bu müzakirələrin hər birində Azərbaycandakı mövcud durum, Ermənistanın işğal siyasətinin törətdiyi fəsadlar, ATƏT regionu üçün bu problemin gətirdiyi zərərlər haqqında çıxışlar edəcəyik. Sessiyada Azərbaycanla bağlı xüsusi məsələnin müzakirəsi olmasa da, nümayəndə heyəti olaraq Ermənistanın təcavüzkar siyasəti haqqında fikirlərimizi bildiririk. Biz bu məsələni ATƏT PA-nın bütün toplantılarında gündəmə gətiririk. Əlbəttə ki,  Azərbaycanla bağlı müəyyən bir sənədin təşkilatın gündəliyinə  daxil edilməsinə  və onun qəbul olunmasına çalışırıq. Həmin sənədin ATƏT PA-nın  2015-ci ildə ATƏT PA-nın Helsinkidə keçiriləcək yay sessiyasında  qəbuluna çalışacağıq. Hələlik isə bu sənədin üzərində iş gedir. Biz, həmçinin, nümayəndə heyəti olaraq Azərbaycanla bağlı sənədin qəbul olunması üçün digər ölkələrin nümayəndə heyətləri ilə müzakirələr aparıb onların dəstəyini qazanmağı düşünürük. Ümid edirik ki, belə də olacaq»- deyə, vitse-spiker vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv