YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Bankı kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycana kömək etməyə hazırdır

Kənd təsərrüfatının inkişafı ölkənin iqtisadi artımının sürətləndirilməsi üçün vacib bir sahədir. Xüsusilə də meyvəçilik, ətçilik, südçülük kimi yüksək əlavə dəyərə malik olan sahələrin inkişaf etdirilməsi həm iqtisadiyyatın şaxələndirilməsi, həm də ixracın artırılması üçün vacib imkanları təmin edir.

Bu fikirləri iyunun 25-də Dünya Bankının birgə təşkilatçılığı ilə “Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı” mövzusunda keçirilən bilik sərgisində Dünya Bankının nümayəndəsi Culian Lampietti bildirib.

Onun sözlərinə görə, bununla bərabər kənd təsərrüfatının inkişafı sahəsində müəyyən çağırışlar da mövcuddur. Bunlardan biri məhsuldarlığın aşağı səviyyədə olması, ixracın çox dar bazarlarda cəmləşdirilməsi və texnoloji nailiyyətlərdən nisbətən az istifadə edilməsi, kənd təsərrüfatı fəaliyyəti üçün lazımi materialların dar çərçivədə təmin olunmasıdır: “Hesab edirik ki, texnologiyalar, xüsusilə də, rəqəmsal texnologiyalar kənd təsərrüfatının gələcək inkişafını müəyyənləşdirəcək. Odur ki, biz tövsiyə edirik ki, Azərbaycan bu imkandan yararlanmağa başlasın”.

Dünya Bankının nümayəndəsi vurğulayıb ki, rəqəmsal texnologiyalar fermerləri təchizat zəncirinin mərkəzinə qoyacaq və onlara öz məhsul təchizatlarını genişləndirməyə imkan verəcək. Dünya Bankı isə öz növbəsində bu prosesdə digər ölkələrin təcrübəsini təqdim etməklə Azərbaycan hökumətinə kömək etməyə hazırdır.