YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri: Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə xalqımızı təbrik edən nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.