YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jan-Kristof Bas: “Bakı Prosesi” xalqlar və mədəniyyətlər arasında sülhün təşviqinə xidmət edir

Mən 10 illik yubileyini qeyd etdiyimiz “Bakı Prosesi”ndə əvvəldən iştirak edirəm. “Bakı Prosesi” ilə bağlı ilk hazırlıq görüşündə BMT-nin Sivilizasiyalar Alyansını təmsil edirdim. Bu gün onun necə uğurlu nəticələrinin olduğunu görürük.

Bu fikirləri Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi mərasimində iştirak edən BMT-nin Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global Compass”ın təsisçisi və “Bakı Prosesi”nin işçi qrupunun üzvü Jan-Kristof Bas  bildirib.

O qeyd edib ki, bu proses mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır. Azərbaycan 10 ildir ki, mədəniyyətlərarası dialoq vasitəsilə dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, elm xadimlərini, iş adamlarını təcrübələrini bölüşmək, əməkdaşlığı inkişaf etdirmək və mədəniyyətlərarası dialoqu - xalqlar və mədəniyyətlər arasında sülhü təşviq etmək üçün bir araya gətirir. Azərbaycan “Bakı Prosesi” ilə müstəsna bir rol oynayır. Eyni zamanda, Azərbaycan bu il qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyini qeyd edir. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqatçısı və aparıcı mühərrikidir. Bu gün biz etnik qruplar, mədəniyyətlər, xalqlar, dinlər arasında gərginliyin getdikcə intensivləşdiyi bir dünyada yaşayırıq. Azərbaycan həm indi, həm də qarşıdan gələn onilliklər üçün sülhün yolunu göstərir. Bu baxımdan, “Bakı Prosesi” ideya inkubatoru rolunu oynayır. Bu, çox vacib bir prosesdir və hamı onu dəstəkləməlidir.