YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Cənub Qaz Dəhlizi Azərbaycana beynəlxalq miqyasda böyük iqtisadi mənfəətlə yanaşı siyasi dividentlər də gətirəcək

«Cənub Qaz Dəhlizi layihəsi iqtisadi layihə olmaqla yanaşı, eyni zamanda böyük siyasi mahiyyətə malikdir. Çünki, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rolu var». Bu fikirləri  yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov  bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın dünyada önəmini daha da artıracaq. Onun sözlərinə görə, TANAP və TAP layihələri Azərbaycanla Türkiyənin qardaşlığını tərənnüm edir.

«Bununla da Azərbaycanla Türkiyənin regionda, eləcə də, dünyada rolunu artırır. Azərbaycanın müəllifi olduğu bu mühüm layihə gələcəkdə Orta Asiya dövlətlərinin dünyaya çıxışı üçün də bir modeldir. TANAP və TAP-da daxil olmaqla bu layihə təkcə Avropa ölkələri deyil, Türkiyə, Gürcüstan üçün də böyük önəmi var. Bütövlükdə isəbelə bir qlobal layihələrin həyata keçirilməsi Azərbaycana beynəlxalq miqyasda iqtisadi mənfəətlə  yanaşı siyasi dividentlər də gətirəcək»-deyə, deputat qeyd edib.