YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir

«Son illərdə Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadiyyatında yeni müsbət tendensiyalar müşahidə edilməkdədir». Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, respublikadakı əlverişli sərmayə mühitinin, dövlətin siyasi iradəsinin təzahürü olaraq daxili və xarici mənbələrdən milli iqtisadiyyatımızın neftdənkənar sektorlarına investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, bu da öz növbəsində qeyri-neft sektoru üzrə istehsal və ixrac göstəricilərinin artması ilə nəticələnib.

«Milli iqtisadiyyatımızda müşahidə edilən müsbət tendensiyalardan biri də ölkədə qeyri-neft sənayesinin daha üstün inkişafı ilə bağlıdır. Cari ilin əvvəlindən respublikamızda ümumi sənaye istehsalı cəmi 2 faiz artdığı halda, qeyri-neft sənayesində artım təxminən 10 faiz civarında olub. Hazırda ölkənin qeyri-neft sənayesində buraxılan ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlarla ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksəkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində qeyri-neft sənayesində qazanılan uğurları çox gözəl göstərici, ölkədə aparılan siyasətin, görülən işlərin nəticəsi kimi səciyyələndirərək bildirib ki, sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək. Bu istiqamətdə ölkəmizin iqtisadiyyatı uğurla irəli getməkdədir»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv