YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ konqresmeni Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bəyanatla çıxış edib

Mayın 18-də ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı – Pensilvaniya) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə Nümayəndələr Palatasında bəyanatla çıxış edib.

Bəyanatda 1917-ci il inqilabından və Birinci Dünya müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini elan etdiyi bildirilir. AXC müstəqilliyinin qısa olmasına baxmayaraq, hazırkı müstəqil Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və 1991-ci ildən sonra regionda və dünyada artan vacib rola malik olduğu vurğulanır.

Bəyanatda qeyd olunur ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO qüvvələri ilə birgə Kosovo, İraqda xidmət etdiyi, bu gün Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfər qüvvəsinin olduğu qeyd olunur.

Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, öz təbii ehtiyatlarını inkişaf etdirdiyi, Trans-Anadolu Kəmərini tikməklə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın zəngin qaz ehtiyatlarının onun “Odlar yurdu” kimi tanınmasına gətirib çıxardığı qeyd olunur.

Bəyanatda Azərbaycana dostluğuna görə minnətdarlıq bildirilir və xalqına davamlı sülh, əmin-amanlıq arzu olunur.