YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezident Administrasiyası: Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir

Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir.

Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Məlumatda qeyd olunur ki, Bakı və Ankara öz potensialını regionun xeyrinə istifadə etməyə başlayıblar.

Administrasiyadan bildiriblər ki, hazırda Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və iki qardaş ölkə siyasi, iqtisadi və enerji baxımından regionun əsas dövlətləridir.

Yaxın zamanlarda baş tutacaq Transanadolu boru kəmərinin (TANAP) açılışını şərh edərkən Türkiyə Prezident Administrasiyasından vurğulayıblar ki, bu layihə Ankara üçün prioritetdir.