Xəbərlər
Azərbaycan Ordusunun nümayəndələri Türkiyədə əməkdaşlıq üzrə planlaşdırma konfranslarında iştirak edirlər

Azərbaycan Ordusunun nümayəndələri Ankarada Azərbaycan ilə Türkiyə arasında “Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konyada “Anadolu Ankası - 2018” təliminin əsas planlaşdırma konfranslarında iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bundan başqa, ordumuzun nümayəndələri ABŞ-ın San-Antonio şəhərində keçirilən təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursuna və İtaliyanın Potsuolli şəhərində təşkil olunan tibbi dayanıqlılıq üzrə seminara qatılıblar.