YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanın vətəndaş müharibəsi həddinə gəlib çatması istisna deyil

«Hazırda da Ermənistanda gərginlik davam edir və işğalçı ölkə qarşıdurma vəziyyətindədir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu gərginlik uzun müddət davam edəcək. Onun sözlərinə görə, işğalçı ölkədə etiraz aksiyalarının keçirilməsi qanunauyğunluqdur, çünki əhali arasında çox böyük narazılıq var.

«Cinayətkar Sarkisyan Ermənistanda insanların iradəsinin ziddinə olaraq yenə də hakimiyyətdə qalmaq istəyirdi. Ümumiyyətlə bu məsələlər heç zaman öz həllini tapa bilməyəcək. Yəni artıq Paşinyanda Ermənistanda baş nazirlik postuna iddialıdır. Bir sözlə, mürəkkəb bir situasiya yaranıb. İstisna deyil ki, Ermənistandakı vəziyyət silahlı qarşıdurma, vətəndaş müharibəsi həddinə gəlib çatsın. Bu dövlət işğalçılıq siyasətinə son qoymasa heç vax inkişaf edə bilməyəcək»-deyə, deputat qeyd edib.