YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ölkəmi zdəki quruculuq işləri hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır

«Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar yeni dövrün tələblərinə uyğun olaraq reallaşdırılır». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin ararılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır.

«Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək. Bütün bunlar isə Azərbaycanda Heydər Əliyev siyasətinin təntənəsini, bu siyasətin xalqımızın firəvan gələcəyinə xidmət etdiyini bir daha təsdiqləyir»-deyə, deputat qeyd edib.