YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevi təbrik edib

Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram.

Sizi yenidən dövlət başçısı vəzifəsinə seçməklə Azərbaycan xalqı Zati-alinizə olan etimadını göstərdi, ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın tərəqqisi və rifahının yüksəlməsi naminə seçdiyiniz yolu tam dəstəklədiyini nümayiş etdirdi.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv dialoq və sıx əməkdaşlıq bundan sonra da ölkələrimizin münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayır və bir daha dərin hörmətimi ifadə edirəm”.