YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveytin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevi təbrik edib

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu fürsətdən istifadə edərək, Küveyt Dövləti və Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayırıq.

Zati-alinizə cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi arzulayır, həmçinin dost ölkələrimiz arasındakı sıx əlaqələrin daha da inkişaf etməsini diləyirəm”.