YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanlı müşahidəçi: Seçicilərin fəallığı xüsusi diqqət çəkir

İndiyədək səsvermə prosesində hər hansı qanun pozuntusu qeydə almamışıq. Seçicilərin fəallığı xüsusi diqqət çəkir.

Bu fikirləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Parlamenti Məclisinin üzvü Məhərrəm Məhərrəmov söyləyib.

O deyib: “Azərbaycanda yüksək seçki mədəniyyəti formalaşıb. Seçicilərin fəal şəkildə məntəqələrə gəlməsi, növbə ilə səsvermə hüquqlarından istifadə etməsi və bütün bu prosesin sakit formada həyata keçirilməsi diqqət çəkir. Heç bir ajiotaj, narahatlıq yoxdur. Hər şey normal şəraitdə davam edir”.

Qazaxıstanlı deputat Azərbaycanda prezident seçkilərinin beynəlxalq normalara uyğun keçirildiyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv