YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Şurasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

Aprelin 9-da Türk Şurası baş katibinin müavini Ömər Kocamanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

MSK-nın sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5 min 641 seçki məntəqəsində səs verəcək. Seçkiyə hazırlıq işləri yüksək səviyyədə görülüb, zəruri şərait yaradılıb. Seçkiləri 51 beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi işıqlandıracaq. 890 beynəlxalq müşahidəçi, 59 minə yaxın yerli müşahidəçi səsvermənin gedişini izləyəcək.

Səsvermə günü iki qrup halında üç şəhərdə müşahidələr aparacaqlarını deyən Ömər Kocaman seçkilərə hazırlıqları yüksək qiymətləndirib. O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinə 16 müşahidəçi daxildir.