YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda “İlhamla irəli” sədaları ilə görüş keçirilib

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində Pirallahı  rayonunda  seçicilərlə görüş keçirildi.

Zirvə görüşündə Milli Məclisin deputatı Jalə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev və Vahid Quliyev iştirak ediblər.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək cənab İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətinin inkişafı üçün həyata keçirdiyi uğurlu siyasətdən, həmçinin rayonda gedən abadlıq-quruculuq işlərindən, pirallahılıların seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.

Sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur. Çünki Azərbaycan 2003-cü ildən bu vaxtadək Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb.

Çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib.

Seçicilər qarşısında çıxış edən Milli Qəhrəmanlarımız Bəxtiyar Allahverdiyev və Vahid Quliyev  cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə  əldə  edilən  uğurlardan  danışıblar.

Vurğulanıb ki, Pirallahı  sakinləri həmişə dövlətə, dövlətçiliyə və Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətləri ilə seçiliblər və seçki günü hamı seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək.

Zirvə görüşündə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olundu.

 

 

 

DİGƏR Xəbərlər Arxiv