YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hindistanın xarici işlər naziri Azərbaycana səfərə gəlir

Hindistanın xarici işlər naziri xanım Suşma Svarac aprelin 4-də Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Suşma Svaracın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü və Qoşulmama Hərəkatının nazirlər konfransında iştirakı nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Hindistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.