YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident-xalq birliyi bütün uğurların əsasında dayanır

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsi Ağsu şəhərində, o cümlədən rayonun Muradlı, Təklə, Dəlilər, Padar, Nəmirli, Kəlağaylı kəndlərində seçicilərlə görüşlər  keçirib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Əli Hüseynov Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan danışıb. Əli Hüseynov Ağsu seçicilərini  ulu öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Qərib Məmmədov, YAP Qadınlar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərli, təbliğat-təşviqat qrupunun üzvləri – Yaşar Qarayev, Sənan Nemətov, Seyfəddin Abdullayev, Günay İnayətova, Camaləddin Zeynalov, Əmrulla Kərimov cənab İlham Əliyevin zəngin həyat yolundan, Yeni Azərbaycan Partiyasının namizədinin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar.Natiqlər seçiciləri uğurlu gələcək naminə İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilərdən Günay İnayətova, Sabir Umudov, Əvəz Məmmədov, Balaxan Tahirov, Həsən Qocayev  çıxış edərək  bildiriblər ki, bu gün bizə yaradılan şəraitə və həyat səviyyəmizin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə cənab Prezidentimizə minnətdarıq. 11 aprel tarixində  seçimimiz Cənab İlham Əliyevdir.