YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının seçki kampaniyası Göyçay rayonunda uğurla davam edir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti görüş rayonun  Məllikkənd  kənd sakinləri ilə keçirilmişdir.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov açaraq cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verib. S.Şükürov cənab İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Natiq bunları nəzərə alaraq aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra cıxış edən Milli Məclisin deputatı Elman Nəsirov Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitlik və milli təhlükəsizlik şəraiti, ötən 15 il ərzində Azərbaycanda əldə olunmuş dinamik iqtisadi artım göstəriciləri, ölkənin strateji valyuta ehtiyatlarının artması, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası, vətəndaşların sosial rifahının yaxşılaşması, ictimai həyatın bütün sahələrinin kompleks inkişafı, ordu quruculuğu haqqında seçicilərə ətraflı məlumat verdi.

Daha sonra çixış edənlər millət vəkili Sabir Hacıyev, kənd sakinləri Almaz Osmanova, Xuraman Abdullayeva, Sərkər Süleymanov və başqaları Azərbaycanın son 15 ildə qazandığı uğurların fonunda qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsi, Azərbaycanın müstəqilliyinin qorunması, sabitliyimizin, təhlükəsizliyimizin təminatı üçün 11 aprel prezident seçkilərində   yüksək fəallıq nümayiş etdirərək, Heydər Əliyev siyasətinə səs verməyin vacibliyini bildirdilər.