YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunun sakinləri ilə növbəti görüş keçirilib

11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatında rayon sakinləri ilə növbəti görüş keçirilib.

Tədbiri YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. O, Abşeron rayon seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir və Azərbaycan qadını da özünü heç vaxt ölkəmizdəki bu inkişaf proseslərindən kənarda hiss etməyib: "Qadınların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir. Qadınlar bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək xalqın namizədi olan cənab İlham Əliyevə səs verəcəklər".

Sonra YAP Abşeron rayon Qadınlar Şurasının sədri Təyyubə Hüseynova, Göradil sakini Rəmziyyə Heydərova, Saray sakini Təranə İsmayılova, Masazır sakini Fəridə Rzayeva, Xırdalan sakini Vəfa Əliyeva  və digərləri çıxış edərək, hər zaman olduğu kimi bu seçki prosesində də fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğulayıblar.