YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir

Prezident seçkiləri ilə əlaqədar növbəti görüşlər rayonun Kür qəsəbəsi və İsgəndərli kəndində keçirilib

 

 2018-ci ilin 11 aprel tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya-prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyanı uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri martın 23-də seçicilərlə növbəti görüşü Şəmkir rayonun Kür qəsəbəsində olub. Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsinin və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Azərbaycan dövləti aprelin 11-də keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara uyğun demokratik keçirilməsi üçün lazımi şəraiti yaradıb.

F.Vəliyev qeyd edib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

Sonra YAP Şəmkir rayon təşkilatının Şura üzvləri Misir Yusifov, Yusif Mehtiyev və digərləri vurğulayıblar ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir. Natiqlər şəmkirliləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Prezident seçkiləri ilə əlaqədar növbəti görüş rayonun İsgəndərli kəndində baş tutub. YAP Şəmkir rayon təşkilatı Seçki Qərərgahının sədri Fəxrəddin Vəliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və o islahatların nəticəsi olaraq əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs edib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin strateji  mövqelərinin kifayət qədər möhkəmlənməsindən, həyata keçirilən irimiqyaslı infrastruktur layihələrdən ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsindən, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşmasından danışıb.