YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.